“İran agenturasına qarşı mübarizə gücləndirilməli, rejimlə bağlı məsələlər nəzarətə alınmalıdır” – ÖZƏLbackend

"İran agenturasına qarşı mübarizə gücləndirilməli, rejimlə bağlı məsələlər nəzarətə alınmalıdır" - ÖZƏL

İranın Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmağa davam etməsi Tehranın növbəti məkrli planlarından xəbər verir. Bu, Azərbaycanla sərhəddə uğursuz təlimlər keçirən Tehranın yenə də təhdid yolunu davam etdirdiyini sübuta yetirir. Təbii ki, bu təlimlər və təhiddlər rəsmi Bakını qorxutmasa da, fars-molla rejiminin öz müsəlman qonşusuna qarşı məkrli davranışı birmənalı qarşılanmır və İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, İran Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməklə öz düşmənçilik mövqeyini bir daha ortaya qoyur: “Əslində Tehranın Azərbaycan əleyhinə sistematik şəkildə həyata keçirdiyi bütün fəaliyyətlər sırf düşmənçiliyə yönəlib. Çünki İran ölkəmizin uğurlarını həzm edə bilmir. Tehran bu hərbi təlimlərlə Azərbaycanı regionda formalaşacaq yeni siyasi və iqtisadi formasiyalarda liderlik iddialarından uzaqlaşdırmaq istəyir. Eyni zamanda həm Zəngəzur dəhlizinin açılması, həm də Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi Azərbaycan tərəfindən təkidlə irəli sürülür. Çünki 10 noyabr Bəyanatının imzalanmasından xeyli müddət keçib və rusiyalı sülhməramlıların fəaliyyət müddətinin başa çatmasına az vaxt qalıb. Təbii ki, Azərbaycanın öz ərazilərində qanuni hakimiyyətini bərpa etməyi, eləcə də bu məsələ ilə bağlı təkidlərini artırmağı, o cümlədən Zəngəzur dəhlizinin reallaşması ilə bağlı regional və qlobal konteksdə böyük siyasi güclərin maraqlı olması, İran rejimini qıcıqlandırır”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Politoloqun sözlərinə görə, İranda aylarla davam edən daxili aksiyalar fonunda Güney Azərbaycandan olan söydaşlarımızın rəsmi Bakıya qarşı rəğbətinin və simpatiyasının hər ötən gün daha da artması fars-molla rejimini özündən çıxarır: “Bu səbəbdən də İran sobatajçı mövqedən çıxış edir. Bu günə qədər Azərbaycan səfirliyinə edilən terrorun cavabının verilməməsi, sərhədlərimizdə müxtəlif təlimlərin keçirilməsi, indi isə Naxçıvanla sərhədə canlı qüvvə və silah-sursat toplanması, İranın çirkin məqsədini ortaya qoyur. Amma Tehranın Azərbaycana qarşı hansısa hərbi əməliyyatlara başlaması mümkün deyil. Buna baxmayaraq biz də İran agenturasına qarşı mübarizəni daha da gücləndirməliyik. Ümumiyyıtlə İranla bağlı olan hər bir məsələ Azərbaycanda ciddi nəzarət altına alınmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*