“İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır” – Ticarət dövriyyəsi 2 dəfə artıbbackend

“İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır” – Ticarət dövriyyəsi 2 dəfə artıb

“Vətən Müharibəsindən sonra Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini də artırmaqdadır”.

KONKRET.az xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov bildirib.

“İranın Azərbaycanın hava məkanını pozması bu ölkənin dövlətimizə qarşı təxribatlarını davam etdirməsi faktı olmaqla yanaşı, həmçinin regionda formalaşan çövrək düzəni pozmaq cəhdidir”, – o əlavə edib.

İqtisadçı daha sonra genişlənən İran-Ermənistan ticarət əlaqələrinə diqqət çəkib:

“Ötən il İran ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 40 faiz artaraq 500 milyon dollardan 700 milyon dollaradək yüksəlib. Bu, 2020-ci il ilə müqayisədə təxminən 2 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1 milyard dollara çatdımağı hədəfləyirlər. Hətta Tehran Ermənistan ilə 3 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır”.

Deputat xatırladır ki, 2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir. Onun sözlərinə görə, Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır.

“Göründüyü kimi, Ermənistanın hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır. Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir. Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq”, – V.Bayramov vurğulayb.//Azpolitika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*