İranda həbsdə olan 5 ABŞ vətəndaşının Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, ölkələrinə qayıtması gözlənilir.
KONKRET.az xəbər verir ki, razılaşma çərçivəsində İranın dondurulmuş 6 milyard dollar vəsaiti Qətərə köçürüləcək və ABŞ həbsxanalarında olan 5 iranlı sərbəst buraxılacaq.
ABŞ İranda həbsdə olan 5 vətəndaşının ekstradisiyası üçün İran fondlarından Qətərdəki banklara 6 milyard dollar ötürməyi planlaşdırır. Bundan əlavə, ABŞ həbsxanalarında müxtəlif ittihamlarla, o cümlədən ABŞ sanksiyalarını pozmaqda saxlanılan 5 iranlı da azadlığa buraxılacaq.
BBC-nin məlumatına görə, 5 nəfər Cənubi Koreyada saxlanılan dondurulmuş İran pullarının 6 milyard dollarlıq vəsaitinin Dohadakı banklara çatdığı təsdiqləndikdən sonra ölkələrinə qayıdacaq.
Bu razılaşma ilə İranın Cənubi Koreyaya neft satışından qazandığı pullar sərbəst buraxılacaq. Bununla belə, Qətər banklarına yatırılan vəsaitlər yalnız üçüncü şəxslər tərəfindən ərzaq və dərman kimi malların alınması üçün istifadə edilə bilər.
Natiq Səlim,
KONKRET.az