İsrailli hakerlər İran dövlət televiziyasının efirini sındırıb.
KONKRET.az xəbər verir ki, bu gün axşam saatlarında İranın dövlət televiziyasının efirində gözlənilməz hadisə baş verib — efirə naməlum haker qrupu tərəfindən müdaxilə olunub.
Yerli mənbələrin məlumatına görə, israilli hakerlər tərəfindən həyata keçirilən hücum zamanı efirdə İran vətəndaşlarına küçələrə çıxmaq və etirazlara qoşulmaq çağırışı yayımlanıb.
Ekranda göstərilən mesajda rejimə qarşı dirənişə dəstək ifadələri və ictimai itaətsizliyə çağırışlar yer alıb.
Görüntüləri təqdim edirik:
Natiq Səlim,
KONKRET.az