İran Hörmüz boğazında zenit raketini sınaqdan keçiribbackend

İran Hörmüz boğazında zenit raketini sınaqdan keçirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı “Səyyad-3” zenit raketinin dəniz versiyasını sınaqdan keçiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

“İranın uzunmənzilli “Səyyad-3G” zenit raketinin dəniz versiyası SEPAH tərəfindən keçirilən hərbi təlimlər zamanı ilk dəfə uğurla sınaqdan keçirilib”, – məlumatda deyilir.

Agentlik raketin “Hörmüz boğazının ağıllı idarə olunması” dəniz təlimi zamanı “Şəhid Səyyad Şirazi” hərbi gəmisindən atıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*