“İran İsraildən daha çox müsəlman öldürüb” – Rəfsəncaninin qızından ŞOK AÇIQLAMAbackend

“İran İsraildən daha çox müsəlman öldürüb” – Rəfsəncaninin qızından ŞOK AÇIQLAMA

“Bizim xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimlərin səhvlərindən daha çoxdur”.

KONKRET.az xəbər verir ki, bunu “Al-Monitor”a müsahibəsində İranın mərhum prezidenti Əli Əkbər Hamişi Rəfsəncaninin qızı Faizə Rəfsəncani deyib.

O, İranın İsraildən daha çox müsəlman öldürdüyünü söyləyib:

“Bizim xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimin səhvlərindən daha çoxdur. Xalqımıza yaşatdığımız müsibətlərin heç birini onlar etməyib”.

Faizə Rəfsəncani İran hakimiyyətinin Suriya siyasətini də tənqid edib:

“Suriyada 500 min insan ölüb, bunda bizim də rolumuz var. Yəməndə yeddi ildir davam edən müharibədə də iştirak edirik. Müsəlmanlara qarşı qətliamlara başlamışıq”.

Rəfsəncani Fələstin-İsrail savaşında həlak olanlara da diqqət çəkib: “İtkilərin 100-200 mini keçdiyini düşünmürəm. Bu da o deməkdir ki, müsəlmanları öldürməkdə İsraili keçmişik”./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*