İran İsveç vətəndaşına ölüm hökmü veribbackend

İran İsveç vətəndaşına ölüm hökmü verib

İsveç hökuməti Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatının keçmiş lideri, İsveç vətəndaşlığı olan Həbib Çaaba İranda verilən ölüm hökmünə etiraz edib.

KONKRET.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billstremin sözlərinə görə, Xarici İşlər Nazirliyi və Tehrandakı səfirlik işə “əlavə aydınlıq gətirmək üçün intensiv işləyir” və hökmü pisləyir.

Nazirə görə, ölüm cəzası qeyri-insani və dönməz cəzadır və İsveç, AB-nin qalan ölkələri ilə birlikdə, istənilən şəraitdə onun istifadəsini pisləyir.

Qeyd edək ki, İran Ali Məhkəməsi “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaabın edam hökmünü qüvvədə saxlayıb.

Son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb.

Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Çaabın edam hökmünün qüvvədə qalması və yekun elan edilməsi barədə qərar çıxarıb. Məhkum separatçı qruplaşmaya rəhbərlik etməkdə, həmçinin Xuzistan əyalətində (İslam Respublikasının cənub-qərbində) “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunur.

Tasnim agentliyinin yaydığı məlumatda qeyd edilir ki, Çaabın rəhbərlik etdiyi “Əhvazın Azadlığı üçün Ərəb Hərəkatı” 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçirib. Agentliyin qeyd etdiyi kimi, bu hadisələrdə 25 vətəndaş, o cümlədən biri uşaq həlak olub, daha 269 nəfər yaralanıb.//Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*