İran mediasının Azərbaycana qarşı ittihamları davam edirbackend

İran mediasının Azərbaycana qarşı ittihamları davam edir

“Mehr News” agentliyinin Beynəlxalq Əlaqələr və Xarici Xəbərlər üzrə baş direktoru Məhəmməd Rza Muradi, Azərbaycanın 2020-ci ildə imzalanan Qarabağ üçtərəfli atəşkəs razılaşmasının əsas müddəalarından birini pozduğunu iddia edib.

Muradinin iddiasına görə, Azərbaycan Qarabağda məskunlaşdırılan ermənilərlə İrəvan arasında təhlükəsiz əlaqəni təmin etməli idi, ancaq bu vəd yerinə yetirilməyib. Habelə o, Zəngəzur dəhlizi layihəsini İran və digər regional aktorlar üçün təhdid kimi göstərib.

KONKRET.az xəbər verir ki, Muradinin Azərbaycana qarşı irəli sürdüyü ittihamlar tamamilə qərəzli və əsassızdır. Onun Zəngəzur dəhlizini təhlükə mənbəyi kimi təqdim etməsi də yanlışdır. Bu iddialar sadəcə Azərbaycana qarşı nifrət və qərəzi əks etdirir və bölgədə sülh və əməkdaşlığa ciddi zərbə vurmağa yönəlib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*