İranın müdafiə naziri Əziz Nəsirzadə hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, o, İsrail qırıcılarının Azərbaycanın hava məkanından istifadə edərək İranın “Şahrud” raket bazalarına zərbələr endirməsinə dair iddialara cavab verib:
“Biz İsrailə beynəlxalq qanunlara uyğun cavab verəcəyik, lakin bunda nə gecikəcəyik, nə də tələsik hərəkət edəcəyik. İsrailin hücumuna təyin etdiyimiz vaxt və yerdə cavab veriləcək. İsrail Azərbaycanın hava məkanından istifadə etməyib. Azərbaycan tərəfindən hücuma məruz qalmamışıq”.
Məlik,
KONKRET.az