“İran münaqişəyə cəlb olunsa, bu, bizim üçün ciddi fəlakətə səbəb olacaq”backend

"İran münaqişəyə cəlb olunsa, bu, bizim üçün ciddi fəlakətə səbəb olacaq”

“İsrail-Fələstin münaqişəsi regionumuza çox mənfi göstərə bilər. İran münaqişəyə cəlb olunsa, bu, bizim üçün ciddi fəlakətə səbəb olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni ərəbşünas Hayk Koçaryan bildirib. Onun sözlərinə görə, “əgər münaqişə Fələstin-İsrail münaqişəsi regiondan kənara çıxan bir mərhələyə qədəm qoysa, bu, müxtəlif təhlükəsizlik problemləri olan bölgə üçün gözlənilməz nəticələrə səbəb olacaq. Belə izah etmək olar ki, münaqişənin alovlanması bölgədə yeni münasibətlər sistemini formalaşdıra bilər. Məhz bu vaxt region qaynaya bilər”.

“Burada bizim vəzifələrimiz çox konkretdir, Ermənistana birbaşa təhdidlər olacaq.  İranln bu müharibəyə qarışma ehtimalı çox azdır. ABŞ da elan etdi və İsrail ordusu da dedi ki, onlar münaqişədə hələ ki, İran izi görmürlər. Bu onu göstərir ki, İsrail münaqişənin Fələstin qarşıdurmasından kənara çıxıb regional problemə çevrilməsinin qarşısını almağa çalışır və Təl-Əviv hələ ki, bu potensiala malikdir”, –  deyə erməni politoloq vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*