İran Prezidenti: “İsrail razılaşmanı pozmasa…”backend

İran Prezidenti: “İsrail razılaşmanı pozmasa...”

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, əgər İsrail razılaşmanın şərtlərinə əməl edərsə, Tehran da atəşkəsi davam etdirəcək.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı səsləndirib.

Pezeşkian qeyd edib ki, İran xalqı beynəlxalq ədalətin bərpa olunması və hüquqlarının qorunması üçün dialoqa açıqdır:

“İran xalqı uzun illərdir çətinlik və sanksiyalara rəğmən öz haqları uğrunda əzmlə mübarizə aparır və bundan sonra da geri çəkilməyəcək”.

O həmçinin ABŞ-ı İsrailin İranla bağlı hərbi planlarına dolayısı ilə dəstək verməkdə ittiham edib:

“ABŞ birbaşa bu qarşıdurmanın içində yer alıb, lakin bu, İsrailin uğursuzluğa düçar olmasından sonra baş verdi”.

Pezeşkianın bu bəyanatı bölgədə sülhün qorunması üçün İranın şərtli şəkildə atəşkəsə sadiq qaldığını göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*