İran raketlərində Ukrayna İZİ: ABŞ HƏRƏKƏTƏ KEÇDİbackend

İran raketlərində Ukrayna İZİ: ABŞ HƏRƏKƏTƏ KEÇDİ

ABŞ İranın ballistik raket və dron istehsalı proqramının inkişafı ilə əlaqəli 32 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, sanksiyalar siyahısına İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Hindistan, Almaniya və Ukraynadan olan şirkətlər daxildir. Onlar İranda ballistik raketlərin və pilotsuz uçuş aparatlarının istehsalını dəstəkləyən çoxsaylı tədarük şəbəkələrini idarə edirlər.

“İran dünyanın maliyyə sistemlərindən pulların yuyulması, nüvə və ənənəvi silahları üçün komponentlərin alınması və terrorçu əlaltılarını dəstəkləmək üçün istifadə edir”, – deyə ABŞ Maliyyə Nazirinin müavini Con Herli vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*