İran səfiri Azərbaycana təşəkkür etdi – Videobackend

İran səfiri Azərbaycana təşəkkür etdi - Video

Xəbər verdiyimiz kimi, İrana humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında eniş edib.

KONKRET.az-ın məlumatına görə, aeroportda humanitar yüklərin boşaldılması mərasimində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iştirak ediblər.

Səfir mediaya verdiyi açıqlamada bu çətin günlərdə Azərbaycanın İrana göstərdiyi humanitar dəstəyə görə təşəkkürünü bildirib.

O həmçinin humanitar yüklərin çatdırılması üçün Azərbaycanın öz quru və hava yollarından istifadə olunmasına şərait yaratmasını yüksək qiymətləndirərək Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Rusiyanın İrana göndərdiyi humanitar yardım qismində 13 ton dərman preparatının çatdırılacağı bildirilib.//qafqazinfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*