ABŞ-da hüquq-mühafizə orqanları İranın Kaliforniya sahillərinə qarşı dənizdən dron hücumu planlaşdırdığı ehtimalı ilə bağlı məlumatları araşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistin sualını cavablandıran ABŞ Prezidenti Donald Tramp bildirib ki, məsələ hazırda araşdırma mərhələsindədir.
“Bu məsələ araşdırılır. Çox şey baş verir”, – deyə o qeyd edib.
Mediada yayılan məlumatlara görə, ABŞ-da hüquq-mühafizə orqanlarının hazırladığı bülletendə İranın mümkün cavab addımı kimi Kaliforniya sahillərinə yaxın ərazilərdə qayıqdan dronların buraxılması ehtimalının araşdırıldığı bildirilib./infoaz.media
