İsrail Livanda əməliyyata başladı – ABŞ təcili HƏRƏKƏTƏ KEÇDİbackend

İsrail Livanda əməliyyata başladı - ABŞ təcili HƏRƏKƏTƏ KEÇDİ

İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail Silahlı Qüvvələri Livan ərazisində “Hizbullah”a məxsus obyektlərə bir sıra zərbələr endirib.

KONKRET.az xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, hücumlar zamanı İsrail ərazisinə raket atmağa hazırlaşan onlarla buraxılış qurğusu və “Hizbullah” üzvü aşkarlanaraq zərərsizləşdirilib.

Ordunun açıqlamasında qeyd olunub ki, yarım saat ərzində Beyrutun cənubundakı Dahiyə bölgəsində “Hizbullah”ın komanda məntəqələri kimi istifadə olunduğu bildirilən 10 bina vurulub. Bu obyektlər arasında kəşfiyyat qərargahları, “Radvan” bölməsinin qərargahı və digər komanda-infrastruktur məntəqələri də var.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin Livan ərazisində 20-dən çox hədəfə zərbə endirdiyi bildirilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*