İran səfirliyindən AÇIQLAMA: “Xəbərimiz YOXDUR”backend

İran səfirliyindən AÇIQLAMA: "Xəbərimiz YOXDUR"

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.

KONKRET.az xəbər verir ki, bu barədə axar.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, “Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:

“Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.

Xatırladaq ki, bu gün İranın PUA-ları Naxçıvan aeroportuna hücum edib. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb. Nəticədə hava limanı terminalına ziyan dəyib, iki nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*