İran və Səudiyyə Ərəbistanı bir-birinə hücum etməyəcək: Tərəflər RAZILIĞA GƏLDİbackend

İran və Səudiyyə Ərəbistanı bir-birinə hücum etməyəcək: Tərəflər RAZILIĞA GƏLDİ

Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin iki ölkənin maraqlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı krallığın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb:

“Hər iki ölkə müdafiə və təhlükəsizlik sahəsində bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq üçün öhdəlik götürüb”.

Bildirilib ki, Səudiyyə Ərəbistanı və İran Yəməndəki münaqişənin həlli ilə bağlı ortaq anlaşmaya gəliblər.

Telekanalın həmsöhbəti razılaşmaların təfərrüatlarını açıqlamayıb.

Onun sözlərinə görə, Ər-Riyad və Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası problemini müzakirə etməyib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı həmçinin İrana hücum üçün öz ərazisini üçüncü ölkələrə verməyəcəyinə söz verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*