Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Beyləqan sakini Xanlar Əlizadə saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.