İranda edam edilən məhbusların sayı artır.
KONKRET.az xəbər verir ki, oktyabrın 21-dən indiyə qədər İranın Şiraz, İsfahan, Kərəc və Zahidan şəhərlərinin mərkəzi zindanlarında azı 7 nəfər dar ağacından asılıb.
İran İnsan Haqları Təşkilatı – HRANA xəbər verir ki, təkcə oktyabr ayı ərzində 59 məhbusun edam hökmü həyata keçirilib.
Məlumata görə, edam edilənlər arasında bir qadının da olduğu bildirilib. Qeyd edək ki, sözügedən təşkilat bu ilin yanvarın 1-dən oktyabrın 10-dək İranda ən azı 534 nəfərin edam edildiyini açıqlamışdı. //Azad İran