İranda etiraz aksiyaları başladı – Mərkəzi Bank təcili iclas keçirirbackend

İranda etiraz aksiyaları başladı - Mərkəzi Bank təcili iclas keçirir

İran Mərkəzi Bankında dövlətin iqtisadi komandasının üzvlərinin təcili iclası keçirilib.

KONKRET.az İran mediasına istinadən xəbər verir ki, iclasın keçirilməsi ilə bağlı göstərişi prezident Məsud Pezeşkian verib.

Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mustafa Qomrivəfa bildirib ki, iclasda ölkənin pul vahidi, ticari, iqtisadi və məişət məsələləri müzakirə edilir və hal hazırda davam edir.

Qeyd edək ki, İranın pul vahidi olan rial dollara qarşı kəskin şəkildə dəyər itirməkdə davam edir.

Məsələyə etiraz olaraq paytaxt Tehranda sahibkarlar etiraz aksiyası keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*