İranın nüvə proqramına bu qurum və ya dövlət nəzarət edə bilər – SENSASİON DETALLARbackend

İranın nüvə proqramına bu qurum və ya dövlət nəzarət edə bilər - SENSASİON DETALLAR

Gələcəkdə İranın nüvə proqramı üzərində xarici nəzarətin təmin olunmasını tələb edəcəyik. Bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
O, qeyd edib ki, İranın nüvə proqramına nəzarəti MAQATE, ya da ABŞ-ın özünün etməsi mümkündür.

Bəs, İran bununla razı olacaq, yoxsa daha sərt müqavimət göstərəcək?

Mövzunu politoloq Aytən Qurbanova KONKRET.az-a şərh edib:

Aytən Qurbanova

“İranın nüvə proqramı üzərində nəzarətin təmin olunması o qədər də asan olmayacaq. Nəzərə alsaq ki, İran Konstitusiyanın Keşikçilər Şurası vasitəsilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa son qoyan qanun layihəsini təsdiqləyib. Bu qərarın beynəlxalq hüquqa uyğunluğu məsələsi artıq geniş müzakirələrə səbəb olub. Çünku belə bir addımın atılması Orta Şərqdəki təhlükəsizlik arxitekturasına ciddi təsirləri özündə ehtiva etməklə yanaşı, BMT ilə münasibətlərin gələcəyinə və İran iqtisadiyyatının perspektivlərinə də mütləq şəkildə təsir edəcək”.

Politoloq qeyd edir ki, İran hələ də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüdür:

“Deməli AEBA ilə əməkdaşlığı dayandırmaq bu müqavilənin əsas prinsiplərinə, yəni şəffaflıq və beynəlxalq yoxlamalar üçün açıq olmaq öhdəliyinə tamamilə ziddir. Baxmayaraq ki, İran rəsmiləri bu qərarın milli suverenlik və təhlükəsizlik nöqteyi-nəzərindən zəruri olduğunu iddia edirlər, beynəlxalq ictimaiyyət bunu NPT-nin “məqsəd və prinsiplərinin pozulması” kimi dəyərləndirə bilər. Nəticə etibarilə, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı nəzarət mexanizmlərinə münasibətdə rəsmi Tehranın mövqeyi birmənalı olmayacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*