İran Qərblə danışıqları bərabərləşdirmək üçün nüvə silahına çağırış edir.
KONKRET.az bildirir ki, bu barədə “CNN” İran parlamentin deputatı Məhəmməd Qasim Osmaninin bəyanatına istinadla məlumat yayıb.
Osmani bildirib ki, Tehran hərbi münaqişədən qaçmaqda ağıllı davranır, lakin “qlobal təkəbbür” ona başqa seçim qoymayıb.
“Bundan sonra əgər zorakılıqla və həddindən artıq tələblərlə mübarizə aparmaq üçün başqa vasitəmiz yoxdursa, o zaman yeganə yol çəkindirici vasitə kimi nüvə silahının yaradılması istiqamətində sürətli və amansız addımdır”, – deyə, İran parlamentinin nümayəndəsi qeyd edib.
KONKRET.az