İranlı general Əfqanıstana getdi – Sərhəd gərginliyibackend

İranlı general Əfqanıstana getdi - Sərhəd gərginliyi

İran və Əfqanıstan arasında su mübahisəsinin davam etdiyi bir dövrdə iki ölkə hərbçilərinin görüşü baş tutub.

KONKRET.az “Jahan International”a istinadla xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi müavini Bəhram Hüseyni Motləqin başçılıq etdiyi nümayəndə heyəti Kabilə gedib.

Bu, “Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyətə gəlməsindən sonra İran hərbi heyətinin Kabilə ilk səfəridir.

Briqada generalı Motləq “Taliban” Baş Qərargah rəisinin müavini Mali Xan Sədiqlə görüşüb.

Danışıqların əsas mövzusu müştərək sərhəd əlaqələrin gücləndirilməsidir.

Son zamanlar İran sərhədçiləri ilə “Taliban”ın sərhəd keşikçiləri arasında vaxtaşırı sərhəd gərginliyi yaranır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*