İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində hakim Vahe Miskakyanın sədrliyi ilə ölkənin sabiq prezidenti Serj Sarkisyan və digərlərinin işi üzrə məhkəmə iclası keçirilib.
KONKRET.az xəbər verir ki, “Dizel yanacağı işi”nin məhkəmədə baxılması tərəflər arasında mübahisə mərhələsindədir. Əvvəlcə ittiham edilən tərəf çıxış edib.
Prokuror Serj Sarkisyan, Barseğ Beqlaryan və Gevork Harutyunyanın cinayət törətməkdə təqsirli bilinməsini və iddia müddətinin başa çatması əsasında onların cinayət məsuliyyətindən azad edilməsini, habelə məhkəmənin hökmü çıxana qədər həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş edib.
Eyni zamanda, prokuror mülki iddia həll olunana qədər təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması barədə vəsatət qaldırıb.
Növbəti məhkəmə iclası dekabr ayının 28-də olacaq.
Vəli Həsənov
KONKRET.az