İrəvanda SORĞU: “Allaha şükür, Makron bizi tək qoymayacaq!”backend

İrəvanda SORĞU: “Allaha şükür, Makron bizi tək qoymayacaq!”

İrəvan sakinləri arasında kiçik sorğu keçirilib.

KONKRET.az xəbər verir ki, jurnalistlər sorğuda sakinlərə Cənubi Qafqazda hansı ölkənin vasitəçiliyi ilə sabit sülhü bərqərar edə biləcəyini soruşub: Rusiya Federasiyası, Qərb, yoxsa region dövlətləri.

“Bizə yalnız Qərb kömək edir. Biz Rusiya tərəfinə qarşı mövqeyimizi yumşaltmalıyıq, çünki qaz və elektrik onlardan asılıdır, lakin onlardan yaxşı heç nə gözləməməliyik”, – deyə sorğu iştirakçılarından biri qeyd edib.

Digər respondent isə qeyd edib ki, yaxın gələcəkdə regionda sülh ola bilməz, çünki Ermənistanın qonşularının milli strateji maraqlarına uyğun olaraq sülhün əldə edilməsi məqsədi yoxdur.

“Onlar ölkəmizi ələ keçirmək və erməniləri bölgədən sıxışdırıb çıxarmaq məqsədi güdürlər. Azərbaycanın Ermənistanla sülh yaratmaq istədiyini düşünmək düzgün olmazdı. Hakimiyyətyönlü təbliğat qəsdən insanlarda bu illüziya yaradır, guya belə bir imkan var, amma əslində yoxdur”, – deyə sorğu iştirakçısı qeyd edib.

Bəzi sorğu iştirakçıları bu fikirdədirlər ki, sülh həm ABŞ, həm də Rusiya Federasiyası vasitəsilə əldə edilə bilər.

“Həm ABŞ, həm də Rusiya Federasiyasının vasitəçiliyi ilə. Hər ikisi güclü dövlətdir və bu məsələni tez həll edə bilər, amma görünür, istəmirlər, bu vəziyyət onlar üçün sərfəlidir”, – deyə sorğu iştirakçılarından biri qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*