İrəvanda yenidən sinaqoqa hücum edildibackend

İrəvanda yenidən sinaqoqa hücum edildi

İyunun 11-nə keçən gecə İrəvanda naməlum şəxslər sinaqoqa hücum ediblər.

KONKRET.az xəbər verir ki, telegram kanallarında yayımlanan fotolarda daş və şüşə qırıqlarının sındırdığı pəncərə əks olunub.

Dini mərkəzə qəsdən zərər vurma ilə bağlı cinayət işi açılıb.

Bu gün Ermənistan paytaxtında yeganə sinaqoqa hücum ötən ilin oktyabrından bəri dördüncüdür.

İsrail mediası səlahiyyətlilərin cavab verməməsindən narahatlığını ifadə edib. Nəşrlər sosial şəbəkələrdə ravvinlərə və israillilərə qarşı təhdid hallarını xatırladıb. Binanı yandırmağa cəhd edən hücumçular hələ də tapılmayıb.

Ermənistan hakimiyyəti bildirib ki, söhbət turistdən – Rusiya vətəndaşından gedir, lakin bununla bağlı heç bir məlumat dərc etməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*