İşdən çıxarılan icra başçısını bu şəxs əvəz edir – FOTObackend

İşdən çıxarılan icra başçısını bu şəxs əvəz edir - FOTO

Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən şəxs olub.

KONKRET.az bildirir ki, “yeni sabah”ın əldə etdiyi xəbərə görə, hazırda rayona icra başçısının müavini Zahid Xəlilov rəhbərlik edir.

Bununla bağlı müvafiq qərar qəbul olunub və Nəsimi Rayon İcra Hakimiyyəti kollektivi məlumatlandırılıb.

Z.Xəlilov dekabrın 30-dan icra başçısının səlahiyyətlərini icra etməyə başlayıb.

Qeyd edək ki, hazırda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının iki müavini var: Birinci müavin Gülarə Verdiyeva və müavin Z.Xəlilov.

Amma Z.Xəlilovun təcrübəsi nəzərə alınaraq, icra başçısının vəzifəsinin icrası ona tapşırılıb.

Xatırladaq ki, bununla da Z.Xəlilov ikinci dəfədir Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edir. O, 2024-cü il sentyabrın 23-dən 2025-ci il noyabrın 12-dək icra başçısının vəzifəsini yerinə yetirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*