İşdən çıxarılan icra başçısını neçə il həbs gözləyir?backend

İşdən çıxarılan icra başçısını neçə il həbs gözləyir?

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi – rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, icra başçısı ilə bağlı məsələdə bir neçə meyar öz əksini tapır:

“Külli miqdardan, o cümlədən hədə-qorxu ilə tətbiq olunmadan söhbət gedir. Bütün bu faktlar üzə çıxsa, Elxan İbrahimovu 12 il həbs cəzası gözləyə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*