İspaniya 7 qolla qalib gəldi – YENİLƏNİBbackend

İspaniya 7 qolla qalib gəldi - YENİLƏNİB

Qətərdə keçirilən DÇ-2022-nin E qrupunda ilk tura bu gün yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, turun ikinci günündə İspaniya və Kosta-Rika üz-üzə gəlib.

Çempionluğa namizədlər sırasında olan avropalılar 12 il əvvəl əldə etdiyi titulu geri qaytarmaq üçün Asiyaya yollanıb. Luis Enrikenin yetirmələri ilk turun görüşünə də favorit kimi çıxıb.

Kosta-Rika ardıcıl üçüncü dəfə qatıldığı mundiala uğurlu nəticə ilə başlamaq arzusunda idi. 8 il öncə 1/4 finala qədər irəliləyən kosta-rikalılar yenidən sensasiyalı çıxışa imza atmaq üçün mübarizə aparsa da, buna nail olub. İlk hissədə 3, ikinci yarıda isə 4 cavabsız qol vuran ispanlar rəqibini darmadağın edib.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
E qrupu
İspaniya – Kosta-Rika 7:0

Qol: Dani Olmo, 11, Marko Asensio, 21, Ferran Torres, 31 (pen.), 54, Qavi, 75, Karlos Soler, 90, Alvaro Morata, 90+2,

19:42

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*