İsrail bacarmadı, Azərbaycan təkbaşına həll etdi – 35 il sonra…backend

İsrail bacarmadı, Azərbaycan təkbaşına həll etdi – 35 il sonra…

Oktyabrın 7-si HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü tamamlanır. Maraqlıdır ki, 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və Cənubi Qafqaza sülh gətirməsindən az sonra HƏMAS-İsrail müharibəsi başladı.

Beləliklə, Yaxın Şərqdə son illərin ən qəddar və dağıdıcı müharibəsi alovlandı. Bu, eyni zamanda o dövrə təsadüf edirdi ki, Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları erməni separatçılarını bir-bir saxlayıb Bakıya gətirirdi.

Parale olaraq dünyanın ən güclü dövlətlərindən biri hesab edilən İsrail müharibədən çıxa bilmədiyi halda, Azərbaycanın 35 illik münaqişəni öz gücünə və siyasi iradəsinə əsaslanaraq başa çatdırması diqqət çəkir.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, İsrail–Fələstin və Azərbaycan–Ermənistan münasibətləri xarakter baxımından bir çox cəhətdən fərqlənir:

“Burada paralellər aparmaq mümkün olan müəyyən nüanslar var. Əsas fərq münaqişənin sona qədər həllində iradə və imkan məsələsidir. Azərbaycan–Ermənistan münasibətlərində müharibəni yekunlaşdırmaq şansı daha çox idi. Amma İsrail–Fələstin müharibəsinin bitməsi ehtimalı çox zəifdir. Azərbaycan bu məsələdə tam iradə ortaya qoydu, amma İsrail tərəfdən eyni iradəni müşahidə etmirik. Rəsmi Bakı münaqişəni beynəlxalq hüquq normaları əsasında həll etməyə çalışdı və prinsipial mövqe nümayiş etdirdi. Halbuki İsrail beynəlxalq hüquqa zidd siyasət yürüdür.

Azərbaycan bütün cəmiyyət olaraq vahid mövqe ortaya qoydu. Müharibə zamanı nəinki fərarilik olmadı, hətta ən radikal müxalif qüvvələr belə tərəddüdsüz şəkildə dövlətin yanında dayandılar. İsraildə isə tam əks mənzərə müşahidə olunur. Cəmiyyətin bir hissəsi müharibəyə qarşıdır, hakimiyyətin siyasətini dəstəkləməyən qüvvələr aktiv şəkildə öz mövqelərini bildirir. Bu da İsrailin müharibəni yekunlaşdırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Azərbaycan bu münaqişəni beynəlxalq səviyyədə bir neçə real müttəfiq istisna olmaqla, əsasən təkbaşına həll etdi. İsrail isə ABŞ-a arxayındır, amma beynəlxalq hüquqa zidd mövqeyinə görə dünyada ciddi təcrid olunub. Üstəlik, İsrail Fələstin xalqının dövlət qurmaq hüququnu tanımır və “terrorla mübarizə” adı altında mövcud imkanları tamamilə bağlamağa çalışır. Bu da münaqişənin dərinləşməsinə səbəb olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*