İsrail bu əraziləri bombaladı – VİDEObackend

İsrail bu əraziləri bombaladı - VİDEO

İsrail ordusu Livanın şərqində yerləşən Bəkaa vadisinə və ölkənin şimal bölgələrinə hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, İsrail mənbələrinin bildirdiyinə görə, hücumların əsas hədəfi “Hizbullah” qruplaşmasına məxsus strateji silah istehsalı obyekti olub.

İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) nümayəndəsi də əməliyyatı təsdiqləyərək bildirib ki, Bəkaa vadisində və Livanın şimalında “Hizbullah”ın hərbi düşərgəsi və raket istehsalı müəssisəsinə zərbələr endirilib.

Ordudan verilən açıqlamaya əsasən, hədəfə alınan düşərgə “Hizbullah” tərəfindən döyüşçülərin təlimi, hazırlığı və İsrailə qarşı əməliyyatların planlaşdırılması üçün istifadə olunurdu.

 

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*