İsrail İranı hədələdi: “Lazım gəlsə, yenidən hücum etməyə hazırıq”backend

İsrail İranı hədələdi: "Lazım gəlsə, yenidən hücum etməyə hazırıq"

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri və İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin Beyruta səfəri zamanı İsraili “yırtıcı” adlandırmasına Təl-Əvivdən sərt cavab gəlib.

KONKRET.az xəbər verir ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivdəki Glilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxışı zamanı İrana qarşı təhdidlər səsləndirib. O, “Lazım gələrsə, güclə yenidən İrana hücum etməyə hazırıq” deyərək, Tehrana qarşı mümkün hərbi əməliyyatın siqnalını verib.

Zamir, İranın İsraili məhv etməyə yönəlmiş bir strategiya inkişaf etdirdiyini iddia edərək, bunun təhlükəli eskalasiya riski yaratdığını vurğulayıb:

“Yaşamağımız üçün ağır bədəl ödəməyə hazırıq”.

Bu açıqlamalar, son günlər İran və İsrail arasında gərgin ritorikanın daha da kəskinləşdiyini göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*