İsrail Müdafiə Ordusu (CAXAL) Qəzza zolağından qoşunların qismən çıxarılmasına hazırlığa başladığını elan edib. Bu addım HƏMAS-la əldə olunan atəşkəs razılaşması çərçivəsində atılır.
KONKRET.az xəbər verir ki, The Times of Israel nəşrinin məlumatına görə, ordunun bəyanatında deyilir:
“Siyasi rəhbərliyin göstərişlərinə və mövcud vəziyyətin qiymətləndirilməsinə əsasən, razılaşmanın həyata keçirilməsi üçün operativ hazırlıqlara start verilib.”
Qeyd edək ki, bu addım ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında imzalanmış sülh sazişinin bir hissəsidir. Razılaşmaya əsasən, bütün girovların azad edilməsi və İsrail qüvvələrinin razılaşdırılmış xəttə qədər geri çəkilməsi nəzərdə tutulur.
Müşviq Tofiqoğlu
KONKRET.az