İsrail Putinə sərt cavab verdi: “Bizə mühazirə oxumaq lazım deyil”backend

İsrail Putinə sərt cavab verdi: "Bizə mühazirə oxumaq lazım deyil"

İsrail müxalifətinin rəhbəri Yair Lapid Moskvanın Qəzzanı atəşə tutması ilə bağlı İsrailə qarşı ittihamlarına sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, o, bu barədə «Dojd» telekanalına müsahibə verib.

“Rusiyanın mövqeyi bizi heç də təəccübləndirmədi. Bu, Moskvanın heç bir bəraət qazana bilməyəcəyi kirli mövqeyidir. Biz Ukraynaya hücum edən adamın terror mövzusunda mühazirələrinə qulaq asmayacağıq. Rusiyanın HƏMAS-ın tərəfinə keçməsi bu gün İranın Rusiyanın xarici siyasətinə təsirini bir daha ortaya qoyur. Ukraynadakı müharibə səbəbindən Rusiya İrandan, xüsusən də İranın pilotsuz təyyarələrindən çox asılıdır. Və Putinin islam fundamentalistlərinin tərəfini tutması mənim üçün tamamilə absurddur. Bir anlığa təsəvvür edin ki, hansısa terror qruplaşması Moskvada 1200 nəfəri öldürüb, 240 nəfəri girov götürüb. Bu halda prezident Putin nə edəcək? Sizi inandırıram, o, bizdən yüz qat artığını edərdi…, – deyə Lapid qəzəblənib.

Burhan,

KONKRET.az

  • Elşən
    Dekabr 14, 2023 - 07:26

    Bəli kişinin oğlu düz deyir halal olsun rus o boyda Ukraynanı dümürü düz etdi hələ ona hücum etməyən dövləti indi də insanlıqdan danışır

  • Free
    Dekabr 16, 2023 - 04:14

    Ukraynada kəfənə sarılmış uşaqlar əsirlikdə əziyyət görən uşaqlar yox idi bütün dünya da Amerika başda olmaqla Rusiyanın üstünə düşüb ona enbarqolar qoyurdu…Rusiya müharibə qaydalarını pozmurdu ən azı… İsrailin etdiyi soyqırımdır müharibə yox amma Amerika dəstək verir ona … İkiüzlü dünya liderləri😏

  • Aida
    Dekabr 16, 2023 - 21:14

    Putinin əli var bu işdə.Ukraynaya köməyi azaltmaq üçün İzrailə teror planını o cızıb və terorçuların arxasında o durur

Free üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*