İsrail Qəzzanın şimalında əməliyyata başladıbackend

İsrail Qəzzanın şimalında əməliyyata başladı

“İsrail ordusu HƏMAS radikallarının Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyatlara başlayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.

“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk”, – deyə o qeyd edib.

Həcəri əlavə edib ki, Qəzza şəhərinin Əz-Zeytun bölgəsində İsrail hərbçiləri döyüşlər zamanı 30 silahlını məhv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*