Yayılan kadrlarda nüvə elmləri üzrə müəllim, professor Əhmədreza Zülfüqarinin evinin İsrailin hava hücumları zamanı vurulduğu görünür.
KONKRET.az xəbər verir ki, bundan əvvəl İranın “Azad” Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi və İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasinin də həyatını itirdiyi bildirilmişdi.
Bu zərbələr İranın nüvə proqramında mühüm rol oynayan alimlərə qarşı həyata keçirilib və bölgədə gərginliyi daha da artırıb.
Natiq Səlim,
KONKRET.az