İsraildə azərbaycanlılar əsir götürülüb? – XİN-dən REAKSİYAbackend

İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

Mətbuatda oktyabrın 7-də HƏMAS və İslami Cihad qruplaşmalarının İsrailə hücumu zamanı vətəndaşları öldürülən, əsir və itkin düşən ölkələrin siyahısı dərc olunub.

İddiaya görə, İsraildə 3 azərbaycanlı qətlə yetirilib, 14 nəfər itkin düşüb, 1 nəfər isə girov götürülüb.

KONKRET.az xəbər verir ki, siyahıda göstərilən vətəndaşların sayı ilə bağlı bəzi məlumatlar ölkələrin rəsmi statistikasına uyğun gəlmir.

Azərbaycan Xarici İşlər Nazirliyi 7 nəfər azərbaycan əsilli şəxsin həlak olması barədə xəbər yayıb.

Girov götürülən azərbaycanlıların olub-olmaması isə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir:

“Azərbaycanlıların İsraildə girov götürülməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb. Bununla bağlı Azərbaycanın İsraildəki səfirliyinə tapşırıq verilib, araşdırma aparılır. Hələlik məlumat yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*