İsraildən BMT ilə bağlı qadağa: “Terrorizmi birbaşa maliyyələşdirir”backend

İsraildən BMT ilə bağlı qadağa: "Terrorizmi birbaşa maliyyələşdirir"

İsrail 48 saat ərzində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini tamamilə qadağan edəcək, onunla bütün əlaqəni kəsəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Mentzer məlumat verib.

“48 saat ərzində “UNRWA”nın fəaliyyəti İsraildə tamamilə qadağan ediləcək, ofislər, əlaqə və əməliyyatlar olmayacaq. Agentlik milli təhlükəsizliyimizə ciddi təhdid yaradır. “UNRWA” fələstinlilərə kömək etmir, terrorizmi birbaşa maliyyələşdirir”, – deyə Mentzer vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*