İsraildən Ermənistana təhdid: “Münasibətə təsir göstərəcək”backend

İsraildən Ermənistana təhdid: "Münasibətə təsir göstərəcək"

İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib.

KONKRET.az-ın xəbərinə görə, Gendelman bu barədə özünün “Telegram” hesabında yazıb.

Onun sözlərinə görə, “Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HAMAS qatillərinə və buradakı digər qruplaşmalara mükafatıdır”.

“Bu addım uzunmüddətli perspektivdə İsrail-Ermənistan münasibətlərinə ciddi təsir göstərəcək”, – o qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini rəsmən tanındığı barədə bəyanat yayıb. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*