İsrail Qəzzada 60 günlük atəşkəs və 10 israilli girovun azad olunmasını nəzərdə tutan yeni təklif alıb. Bu barədə Ynet portalı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, əklifin müəllifi sabiq ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Ceyson Uitkoffdur. Məlumata görə, bu təşəbbüs HƏMAS tərəfindən dəstəklənib. HƏMAS öz açıqlamasında sözügedən sülh planına razılıq verdiyini bəyan edib.
Yeni təşəbbüs tərəflər arasında münaqişənin müvəqqəti də olsa dayandırılması və humanitar vəziyyətin yüngülləşdirilməsi məqsədi daşıyır. Təklif İsrailin siyasi dairələrində müzakirə olunmağa başlanıb.
Natiq Səlim,
KONKRET.az