Avroviziya-2025 mahnı müsabiqəsi başlayıb. Müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir. Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsini adlaya bilməyib.
KONKRET.az news24-ə istinadla xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri maraqlı bir açıqlama verib. Onun sözlərinə görə, İsrailin Avroviziya təmsilçisi qismən azərbaycanlı imiş. Səfir bununla bağlı öz “X” hesabında paylaşım edib:
“Bir dəqiqə, nə?!
Biz indi bildik ki, İsrailin Avroviziya ulduzu Yuval qismən azərbaycanlıdır!
Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, azərbaycanlılar hələ də həmin səhnədə söz sahibidirlər.
Gəlin ulduzumuz üçün bir az səs-küy salaq.
Yuvala səs verin!”
Onu da qeyd edək ki, Yuvalın Azərbaycan əsilli olması ilə bağlı dəqiq bir məlumat yoxdur.
Eyni zamanda, bu gün ikinci yarımfinal baş tutacaq.