İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir – RƏSMİbackend

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.

Bu barədə İsrailin Bakıdakı səfirliyindən KONKRET.az-a bildirilib.

“Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir”,- məlumatda vurğulanıb.

Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.

Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*