Axios nəşrinin yaydığı məlumata görə, israilli rəsmi şəxs bildirib ki, İsrailin İrana qarşı hücumlarının məqsədi ölkə rəhbərliyini tamamilə sıradan çıxarmaq və mövcud rejimi devirməkdir.
Mənbənin sözlərinə görə, əməliyyatlar yüksək səviyyəli siyasi və hərbi rəhbərliyə qarşı yönəlib.
KONKRET.az xəbər verir ki, daha əvvəl KİV-lər zərbələr zamanı İranın ali rəhbərinin Tehrandan kənarda olduğunu, lakin onun iqamətgahına ziyan dəydiyini qeyd etmişdilər. Hadisə ilə bağlı rəsmi təsdiq və ya ətraflı məlumat hələlik açıqlanmayıb.
Regionda davam edən hərbi qarşıdurma fonunda bu cür bəyanatlar münaqişənin daha geniş miqyas ala biləcəyi ilə bağlı narahatlıqları artırır.
Natiq Səlim,
KONKRET.az
KONKRET.az
