Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad olunub.
KONKRET.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 2023-cü ilin dekabr ayında sözügedən vəzifəyə təyin edilən Bəxtiyar Məhəmməd oğlu Əliyev işdən çıxarılıb.
Ağcabədi Pedaqoji Kollecinə direktor əvəzi isə Əhəd Məmmədov təyin olunub.
Qeyd edək ki, Əhəd Məmmədov ötən ilin dekabr ayında Ağcabədi Pedaqoji Kollecinin direktor müavini təyin olunmuşdu.

.png)
elmdə və təhsildə sürətlə geriləyirik…bizlər hələ də işdən çıxarırıq, işə qəbul edirik…baxın düşmənlərimiz nələr edir – https://armenpress.am/hy/video/1242986 ….tekstin ustunde mousun sag düyməsini basin və azərbaycan dilinə tərcümə edib oxuyun