İsrailin sülh mesajının PƏRDƏARXASI: Əslində Netanyahu buna nail olmaq istəyir – SENSASİON TƏFƏRRÜATbackend

İsrailin sülh mesajının PƏRDƏARXASI: Əslində Netanyahu buna nail olmaq istəyir - SENSASİON TƏFƏRRÜAT

“Atəşkəs əldə edilsə də, İranın cavab zərbələri və xüsusilə də Livanda yerləşən “Hizbullah” və Yəməndəki “Husilər” kimi proksi qüvvələri vasitəsilə İsrailə hücum ehtimalı ciddi narahatlıq doğurur. Eyni zamanda, İranın bölgədəki ABŞ hərbi bazalarına hücumu da vəziyyəti müəyyən mənada dəyişə bilib. Üstəlik, Hörmüz boğazının bağlanması kimi iqtisadi və strateji təsirli addımlar da mövcuddur”.

Bu fikirləri politoloq Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında səsləndirib:

Zeynal Əmrəliyev

“Netanyahunun atəşkəslə bağlı bu təşəbbüsünün arxasında daha böyük siyasi strategiya dayanır. Belə ki, İsrail rəhbərliyinin məqsədi bölgədəki münaqişəni ABŞ-İran qarşıdurmasına çevirmək və birbaşa toqquşmadan yayınmaq ola bilər. Eyni zamanda İsrailin sülh mesajının bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədi daşıması da mümkündür”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*