Türkiyədə son 7 saatda üçüncü zəlzələ baş verib.
Antalyanın Kumluca rayonu ərazisində 3.8 bal gücündə zəlzələ baş verib.
09:18
Egey dənizində 4,9 bal gücündə zəlzələ baş verib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə – Egey dənizində qeydə alınıb.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.
Bu gün səhər saatlarında İstanbul sahilində də 4.1 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanlar Mərmərə dənizində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 07:18-də baş verib, ocağı isə 13.6 km dərinlikdə yerləşib.