İsveç: Türkiyə ilə dialoqa qayıtmaq istəyirik!backend

İsveç: Türkiyə ilə dialoqa qayıtmaq istəyirik!

NATO-ya üzvlüklə ilə bağlı Türkiyə ilə işgüzar dialoqa qayıtmağa ümid edirik.

KONKRET.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson deyib.

“Yenidən işgüzar dialoqa qayıtmağı arzu edirəm. Bu prosesdə təmkinli olmağa çağırıram. İsveç, Finlandiya və Türkiyə üçtərəfli saziş imzalayıb. Hər şey yaxşı gedir. Lakin bəllidir ki, hər şeyi bəyənmirik”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli formatda görüş Ankaranın tələbi ilə ləğv edilib.

Bir neçə gün öncə Stokholmda Türkiyə səfirliyi qarşısında Quran-Kərimin yandırılması Türkiyənin haqlı narazılığına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*