İsveçdə iki iranlı qardaş casusluq ittihamı ilə HƏBS EDİLDİbackend

İsveçdə iki iranlı qardaş casusluq ittihamı ilə HƏBS EDİLDİ

İran əsilli İsveç vətəndaşı olan iki qardaş Peyman və Payam Kia məxfi məlumatları Rusiyaya ötürdükləri üçün həbs edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Stokholm Rayon Məhkəməsi casusluq maddəsi ilə mühakimə olunan Peyman Kianı ömürlük, Payam Kianı isə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Qərara əsasən, iranlı qardaşların İsveçin təhlükəsizliyini pozmaq üçün Rusiya kəşfiyyatının xeyrinə məlumat topladığı müəyyən edilib.

Qeyd olunub ki, İran əsilli 42 yaşlı Peyman və İsveç Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsində xidmət edən 35 yaşlı qardaşı Payam Kia 28 sentyabr 2011 və 20 sentyabr 2021-ci il tarixləri arasında məxfi məlumatları Rusiyaya ötürməkdə ittiham olunublar. Peyman Kia 2021-ci ilin sentyabrında, qardaşı Payam Kia isə 2021-ci ilin noyabrında həbs edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*