İsveçdə “Qurani-Kərim”in yandırılmasına cavab olaraq 40 ölkədə Quran xətm edilib.
KONKRET.az xəbər verir ki, 40 ölkədə İnsanlığa Dəyər Verən Dərnəklər Federasiyasının (IDDEF) tələbələri və təlimatçıları İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına cavab olaraq Quranı xətm edib.
İDDEF-in verdiyi açıqlamada, Qatı İstiqamət Partiyasının Danimarka lideri, ifrat sağçı Rasmus Paludan Türkiyənin Stokholm Səfirliyi qarşısında aksiyaya icazə verildiyi xatırladılıb və Quranın yandırılmasının açıq-aşkar nifrət və insanlıq cinayəti olduğu ifadə edilib.
“Milyonlarla müsəlmanı və Türkiyəni nifrətlə hədəf alan aksiyanı və onlara icazə verən İsveç səlahiyyətlilərini şiddətlə qınayırıq. Nifrət və küfrü hər mənada azadlıq çərçivəsində söz azadlığı hesab edən Qərb zehniyyətinin çökəcəyini qeyd etmək istərdik. Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Halbuki, kafirlər istəməsələr belə, Allah Öz nurunu tamamlayacaqdır.”
Açıqlamada Qvineya, Somali, Efiopiya və Hindistan da daxil olmaqla 40 ölkədə IDDEF-in 100 təhsil mərkəzi və 80 mədrəsəsində Quran xətm edildikdən sonra müsəlmanların birlik və həmrəyliyi üçün dualar edildiyi bildirilib.