İsveçrə yeni prezidentini seçdibackend

İsveçrə yeni prezidentini seçdi

İsveçrə parlamentinin hər iki palatası rəsmi olaraq Federal Nəqliyyat Departamentinin rəhbəri Simonetta Sommaruqanı 2020-ci il üçün prezident seçib.

KONKRET.AZ xəbər verir ki, bu barədə RİA “Novosti”də xəbər dərc edilib.

Qeyd olunur ki, S.Sommaruqa 2019-cu il yanvarın 1-dən İsveçrənin federal müşaviri və vitse-prezidenti vəzifələrini icra edib.

Xanım siyasətçi 2010-cu ildən federal şuranın üzvüdür, 2015-ci ildə də ölkə prezidenti olub.

Gələn il vitse-prezident postunu isə Federal İqtisadiyyat, Elm və Təhsil Departamentinin hazırkı rəhbəri Qi Parmelan tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*